idman
\"Argentina millisi Messini geri çəkir\"
İtaliyalı mütəxəsis Fabio Kapello dünya futbolunun 2 ulduzu - Ronaldu və Messinin dünya çempionatına startını dəyərləndirib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italiyalı məşqçi bunları deyib:
"Ronaldunun het-triki Messinin üzərində təzyiq hiss etməsinə səbəb olmuşdu. Argentinanın bütün yarımmüdafiəsi mərkəz xəttini keçib topu Messiyə çatdırmağa çalışanda gülünc görünürdü, ləng oynayırdılar. Fikrimcə, o, Ronaldudan daha yaxşıdır. Amma Argentina millisi onu geri çəkir. Ronaldunun Real-dan gedişi? Bu, onun qürurundan asılı problemdir. Kriştianu elə hiss edir ki, ona Messi kimi münasibət göstərmirlər".
XalqTV.com
RƏYLƏR