Dünya
\"Əl-Qaidə\"-nin liderlərindən biri saxlanılıb
Liviya ordusu "Əl-Qaidə" terror təşkilatının liderlərindən biri olan Əbu Səfyan bin Kamunu saxlayıb. XalqTV.com APA-ya istinadən bildirir ki, bu barədə Liviya ordusunun rəsmi saytında bildirilir.
Əbu Səfyan və silahdaşı Məhəmməd İdris Əl-Mənsuri ordunun Derna şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
>"Əl-Ərəbiyyə"-nin xəbərinə görə, 59 yaşlı Əbu Səfyan bin Kamu "Əl-Qaidə"nin ən nüfuzlu liderlərindən biri hesab edilib.
XalqTV.com
RƏYLƏR