idman
Almaniyaya vurulan qol zəlzələyə səbəb oldu
Meksikanın geoloji və atmosfer tədqiqatları institutu dünya çempionatının ilk turunda Almaniya və Meksika yığmaları arasında keçirilən matç zamanı ölkə ərazisində zəlzələ qeydə alıb.
XalqTV.com oxu.az-a istinadən bildirir ki, yeraltı təkanın meydana gəlməsinə səbəb, Meksika komandasının vurduğu qola sevinən milyolnarla meksikalı azarkeşin eyni vaxtda atılıb-düşməsidir.
"Seysmoloji sensorlar Meksikada süni şəkildə yaranan zəlzələ qeydə alıb. Çox güman bu Meksikanın yığmasının DÇ-2018-də vurduğu qoldan sonra insanların kütləvi şəkildə hoppanması ilə əlaqədar olub.
Ən azından iki sensor 11:32 (Bakı vaxtı ilə 20:32) radələrində iki yeraltı təkan qeydə alıb", - deyə institutun "Twitter"də yaydığı məlumatda deyilir.
XalqTV.com
RƏYLƏR