idman

Braziliya millisinin üzvü \"Real\"ın \"radar\"ında

  • 18 Jun 2018
  • 155029 baxış

"Roma"nın qolkiperi Alisson karyerasını İspaniyada davam etdirə bilər.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, "Real" mövsümlərarası fasilədə braziliyalı qapıçını heyətinə qatmaq istəyir.

Madrid klubu Alissonun qarşılığında "canavarlar"a 50 milyon avro təklif edib. Ancaq "Roma" 70 milyon avro tələb edir.

"Marca"nın iddiasına görə, keçid 60 milyon avro qarşılığında reallaşa bilər.

Qeyd edək ki, Alisson hazırda Braziliya millisinin heyətində dünya çempionatında iştirak edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR