Dünya

Ən yüksək ödənişli qapıçı olacaq

  • 19 Jun 2018
  • 351 baxış

"Mançester Yunayted"in qapıçısı David De Xea klubunda qalmaq qərarına gəlib. Ulduz futbolçu "mankunianlar"ın yeni müqavilə təklifini qəbul edib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Real"ın da maraq dairəsində olan qolkiper mançesterlilərlə ilkin razılıq əldə edib. İspaniya millisinin "bir nömrəsi" dünya çempionatından sonra "Mançester Yunayted"lə yeni 5 illik sazişə qol çəkəcək.

De Xeanın illik məvacibi isə 21 milyon avro olacaq. Bununla da o, dünyanın ən yüksək ödənişli qapıçısına çevriləcək.

Qeyd edək ki, David De Xea "Mançester Yunayted"ə 2011-ci ildə "Atletiko"dan keçib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR