idman
Həndbolçumuz evləndi - FOTO
Azərbaycan yığmasının həndbolçusu Mariya Raçitelyeva subaylığın daşını atıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, 25 yaşlı milliləşdirilmiş rusiyalı həmyerlisi ilə ailə qurub.
Həmişə seksual şəkilləri ilə diqqət mərkəzinə düşən Raçitelyeva bu dəfə sosial şəbəkədə toyundan fotolar paylaşıb. Bərbərlə evlənən Raçitelyeva bildirib ki, hər şey ürəyincədi: "Biz bir-birimizi ailə kimi çoxdan qəbul etmişdik. Amma indi bunu rəsmiləşdirdik".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında yığmamızda oynayan və çempion tituluna yiyələnən həndbolçu bir müddət Rusiya vətəndaşı kimi də göstərilib.
XalqTV.com
RƏYLƏR