idman

Almaniya qəzeti Rusiya millisindən üzr istədi

  • 20 Jun 2018
  • 327 baxış

Almaniyanın tanınmış "Spiegel" nəşri Rusiya millisindən üzr istəyib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, qəzet komandanın dünya çempionatında uğursuz çıxış edəcəyinə proqnoz verdiyinə görə bu addımı atıb.

Turnirin açılış matçından öncə "Spiegel" meydan sahiblərinin pley-offa çıxmaq şanslarını şübhə altına qoyan məqalə dərc etmişdi. Amma Rusiya gözləönilənlərn əksinə olaraq, Səudiyyə Ərəbistanı (5:0) və Misirə (3:1) qalib gələrək 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edib.

Bundan sonra alman nəşri "Bağışla, Rusiya, biz səhv etmişik" sərlövhəli məqalə buraxıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR