idman

\"Real\"dan yayın ilk transferi

  • 20 Jun 2018
  • 367 baxış

"Real" mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, "Zarya"nın qolkiperi Andrey Lunin karyerasını Madrid klubunda davam etdirəcək.

Ukrayna klubu transfer müqabilində 8,5 milyon avro qazanacaq. Bununla yanaşı, Luninin çıxışından asılı olaraq, 4 milyon avro bonus da nəzərdə tutulub.

19 yaşlı qapıçı "Real"ın yeni mövsüm öncəsi ilk təlim-məşq toplantısına qatılacaq.

Qeyd edək ki, Andrey Luninin təcrübə qazanmaq üçün icarəyə verilməsi gündəmdədi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR