Xəbərlər
"Taliban"dan növbəti hücum: 14 hərbçi öldürüldü
Əfqanıstanın Fəryab əyalətində "Taliban" radikal hərəkatı silahlıları hərbçilərə hücum edib.
Milli.Az Xalqtv.com-a istinadən xəbər verir ki, nəzarət-buraxılış məntəqəsinə edilən hücum nəticəsində 14 hərbçi həlak olub.
Bundan başqa, ağır artilleriya məhv edilib.
Qeyd edək ki, ötən həftəsonu Əfqanıstan hökuməti "Taliban"la atəşkəs rejiminin daha 10 gün müddətinə uzadılacağını bəyan etsə də, silahlılar bu təkliflə razılaşmamışdı.
RƏYLƏR