Dünya
Rusiyada mumiya tapıldı
Rusiyanın Krasnoyarsk vilayətində Sayano-Şuşenski SES-in su basmış zonalarında arxeoloqlar bizim eradan əvvəl I əsrə aid mumiya aşkar ediblər.
XalqTv.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Maddi Mədəniyyət Tarixi İnstitutu xəbər yayıb.
Məlumata görə, artıq tapılan qutu çıxarılıb və təmizlənib.
Arxeoloqların Terezin məzarlığından tapılan mumiya ilə nikbin fikirdə olduqları bildirilib. Belə ki, dəri və paltar detallarının yaxşı qaldığı düşünülür.
Qeyd edək ki, 2009-ci ildə Sayano-Şuşenski SES-də baş vermiş qəzadan sonra su ətraf əraziləri basmış, qəza nəticəsində 75 nəfər həlak olmuşdu.
RƏYLƏR