Dünya

Türkiyədə 4 min il yaşı olan ağac tapıldı

  • 22 Jun 2018
  • 115624 baxış

Türkiyənin Zonquldak əyalətinin ərazisində dünyanın ən yaşlı ağaclarından biri aşkar edilib.

XalqTV.com xəbər verir ki, bu barədə meşə idarəsi maraqlı araşdırma aparıb. İdarənin işçiləri qalın meşələrdə tapdıqları və yaşı 4 114 ilə çatan qaraçöhrə ağacının video və şəkillərini çəkərək səhifələrində paylaşıblar.

>

Bu paylaşım sosial media istifadəçiləri üçün maraqlı olub və yüzlərlə insan bu videonu paylaşıb. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR