idman
Premyer Liqa klubundan yeni transfer
Premyer Liqa təmsilçisi "Haddersfild" heyətini yeni futbolçu ilə gücləndirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Hollandiyanın "Groningen" klubunun yarımmüdafiəçisi Juninyo Bakunanı "Haddersfild"ə keçib. 20 yaşlı havbek 3 illik müqaviləyə imza atıb.
Groningen-də son 2 mövsümdə forma geymək şansı qazanan Juninyo, 2016/17 mövsümündə 26, 2017/18 mövsümündə isə 35 matça çıxıb. O, geridə qalan mövsümdə 3 qola, 4 məhsuldar ötürməyə müəlliflik edib.
XalqTV.com
RƏYLƏR