Dünya

Messili Argentinanın \"qara\" ümidi - FOTO

  • 22 Jun 2018
  • 189175 baxış

Rusiyada keçirilən dünya çempionatı  Argentina millisi üçün qorxulu yuxuya dönüb. İlk matçında favoriti olduğu matçda gözlənilmədən İslandiya ilə bərabərə qalan Argentinaya ikinci şok dünən axşam xorvatlardan gəldi.

Messili Argentina millisi gözlənilənlərdən aşağı səviyyədə oynadıqları oyunda qapısında 3 cavabsız top gördü. Hazırda argentinalı azarkeşlərin növbəti mərhələ şansları afrikalıların əlindədir. Belə ki, həmin qrupda bugün keçiriləcək Nigeriya-İslandiya matçında bütün Argentina afrikalıların qələbə qazanması üçün dua edəcək.

Oyunun ən yaxşısı seçilən Modriçli Xorvatiyanın Argentinanı darmadağın etdikləri matçdan görüntüləri t\qdim edirik:

Təhməz Təkin

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR