idman

Dünya çempionatında avtoqola görə ölümlə hədələndi

  • 22 Jun 2018
  • 155173 baxış

Kolumbiya milli komandasının futbolçusu Karlos Sançes dünya çempionatında Yaponiyaya 1:2 hesabı ilə uduzduqları ilk tur matçından sonra yüzlərlə ölüm hədəsi alıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Kolumbiya polisi faktla əlaqədar araşdırmalara başlayıb.

"The Guardian" istifadəçilərdən birinin "Twitter"də Sançesin fotosunu DÇ-1994-cü ildə avtoqol etdiyi üçün güllələnmiş Andres Eskobarla yanaşı paylaşıb. Fotonun altına bu sözlər yazılıb: "Arzulamağı təklif edirəm". Digər istifadəçi isə buna cavab olaraq, "Eskobarı avtoqola görə öldürmüşdülərsə, Sançesi də öldürüb meyitini islatmaq lazımdır".

Qeyd edək ki, Karlos Sançes Yaponiya ilə qarşılaşmanın 3-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə qırmızı vərəqə alıb. Baş hakim həmçinin Kolumbiyanın qapısına penalti təyin edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR