Dünya

Ankarada 11 PKK üzvü saxlanıldı

  • 24 Jun 2018
  • 158849 baxış

Türkiyənin paytaxtı Ankarada prezident və parlament seçkilərində təxribatlar hazırlamaqda şübhəli bilinən 11 PKK üzvü saxlanılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, PKK üzvləri Ankaranın təhlükəsizlik üzrə antiterror idarəsini xüsusi əməliyyatı zamanı saxlanılıblar.

Bildirilir ki, saxlanılanlar seçkilər zamanı təxribatlar hazırlamağı planlaşdırırmışlar. Təxribatların hansı xarakterdə olduğuna dair detallar açıqlanmır.

>

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR