idman

Azar \"Real\"a keçə bilər

  • 25 Jun 2018
  • 347 baxış

"Çelsi" ilə müqaviləsinin bitməsinə iki il qalan Eden Azar karyerasını "Real"da davam etdirə bilər.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, Belçika millisinin üzvünün atası Tyerri Azar Madrid klubu ilə danışıqlar aparaq, oğlunu təklif edib.

Azarın atasının "Real" və "Liverpul" arasında oynanılan Çempionlar Liqasının finalından öncə rəhbərliklə görüşdüyü məlum olub. Danışıqlar əsnasında Tyerri oğlunun "Çelsi" ilə müqavilə yeniləməkdən imtina etdiyini və 120 milyon avro qarşılığında iş yerini dəyişməyə hazır olduğunu bildirib.

Mənbənin iddiasına görə, "Real" bütün bunlara rəğmən, hələ də Eden Azarı PSJ-nin ulduzu Neymarın alternativi qismində görür.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR