Dünya

Məşhur müğənninin dili kəsiləcək - FOTO

  • 26 Jun 2018
  • 15823 baxış

1981-ci ildə Eurovison-un qalibi olan, 1980-ci illərdə Britaniyanın ən populyar pop-qruplarından birinə çevrilən "Bucks Fizz"in ulduzu Ceys Aston həyatının ən ağır günlərindən birini yaşayır.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, 57 yaşlı müğəninin ağız boşluğunda xərçəng şişi aşkarlanıb. Həkimlərin dediklərinə görə, Aston təcili cərrahiyyə əməliyyatına məruz qalmalıdır. Bu əməliyyat zamanı müğənninin dilinin bir hissəsi kəsiləcək, əvəzinə onun baldırından götürüləcək ət parçası tikiləcək.

"Çox qorxuram, amma həkimlərə inanıram. Onlar deyirlər ki, əməliyyatdan sonra oxumaq şansı az olsa da, var", - Ceys Aston deyib.

>

Müğənninin əri, musiqiçi Jeyv Kolkhoun və 14 yaşlı qızı Cozinin dediklərinə görə, onlar əməliyyat gününü təşvişlə gözləyirlər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR