idman

\"Qarabağ\"ın ikinci cəhdi

  • 26 Jun 2018
  • 155005 baxış

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirəcək.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, ilk görüşdə Bolqarıstan "Ludoqorets"i ilə "sülh" bağlayan Azərbaycan çempionu bu dəfə yerli "Vakker İnsbruk"la üz-üzə gələcək.

Bu il Bundesliqaya vəsiqə qazanan komanda ilə görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Yoxlama matçı

20:30. "Qarabağ" (Azərbaycan) - "Vakker İnsbruk" (Avstriya)

Qeyd edək ki, "Qarabağ" - "Ludoqorets" matçı 1:1 hesabı ilə başa çatmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR