idman
\"Keşlə\"nin rəqibi yoxlama matçında 4 qol vurdu
"Keşlə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Maltanın "Baltsan" klubu yoxlama oyunu keçirib.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, sözügedən komanda təlim-məşq toplanışı çərçivəsində Makedoniyanın "Vardar" klubu ilə qarşılaşıb. Qarşılaşma maltalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bu komanda bir neçə gün öncə Xorvatiyanın "Riyeka" klubu ilə də yoxlama oyunu keçirmişdi və həmin oyunda 1:2 hesabıyla uduzmuşdu.
"Keşlə" "Baltsan"la ilk matçını iyulun 12-də səfərdə keçirəcək.
XalqTV.com
RƏYLƏR