idman

\"Qarabağ\" daha bir əcnəbi ilə yollarını ayırdı

  • 28 Jun 2018
  • 155141 baxış

"Qarabağ" mövsümlərarası fasilədə daha bir futbolçu ilə yollarını ayırıb.

XalqTV.com apasport.az-a istinadən məlumatına görə, qapıçı Anton Kanibolotski Ağdam klubu ilə vidalaşıb.

Ötən mövsümü ehtiyatda keçirən ukraynalı qolkiperlə danışıqlar müsbət nəticələnib və onun gələn ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib. Komandanın təlim-məşq toplanışına qatılmayan 30 yaşlı qolkiper artıq azad agent statusuna malikdi.

Azərbaycan çempionu buna qədər Pedro Enrike, Ramil Şeydayev, Rahid Əmirquliyev, Ağabala Ramazanov, Əfran İsmayılov, Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə və Arif Daşdəmirovla yollarını ayırmışdı.

Qeyd edək ki, Anton Kanibolotski "Qarabağ"a ötən ilin yayında Donetsk "Şaxtyor"undan keçmişdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR