idman

Dünyanın ən kök uşağı arıqlamağa başladı

  • 28 Jun 2018
  • 155172 baxış

Hindistanın paytaxtı Dehlidə dünyanın ən kök uşağı 65 kiloqram arıqlayıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, 14 yaşlı Mihir Cain aprel ayında mədəsindən əməliyyat olunduqdan sonra bu qədər çəki atıb.

Əvvəl 237 kiloqram çəkisi olan yeniyetmə hazırda 172 kiloqramdır. Qeyd olunur ki, tam sağlam şəkildə dünyaya gələn M.Cain yağlı yemək və qazlı içkilərə aludə olduğu üçün 8 yaşında 80 kiloqramadək kökəlib.

>

Həkimlər piylənmənin qarşısının alınması üçün ona dərmanlar yazıb və anasının sözlərinə, uşaq dərmanlardan sonra hərəkətliliyini itirib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR