DÇ-2018: Kolumbiya 1/8 finalda - YENİLƏNİB - FOTO
19:57
XalqTV.com bildirir ki, Rusiyada keçirilən futbol üzrə dünya çempionatının H qrupunda mübarizə aparan Kolumbiya millisi Seneqal üzərində 1:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə Kolumbiya növbəti mərhələyə vəsiqə qazanıb.
----------
18:08
H qrupunun növbəti oyunu olan Seneqal-Kolumbiya görüşü başladı.
------------
11:22
H qrupunda Yaponiya Polşa, Seneqal isə Kolumbiya ilə görüşəcək.
Bu dördlüyün arasında Polşanın 1/8 finala çıxmaq şansı qalmayıb.
İki oyundan sonra aktivində 4 xal olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün bərabərlik də qane edir. 3 xalı olan Kolumbiya isə qələbə qazanmalıdır.
18:00. Seneqal - Kolumbiya
Baş hakim: Milorad Majiç (Serbiya)
Samara, "Samara Arena"
1. | Yaponiya | 2 | 1 | 1 | 0 | 4:3 | 4 |
2. | Seneqal | 2 | 1 | 1 | 0 | 4:3 | 4 |
3. | Kolumbiya | 2 | 1 | 0 | 1 | 4:2 | 3 |
4. | Polşa | 2 | 0 | 0 | 2 | 1:5 | 0 |
XalqTV.com