idman

\"Neftçi\" üçün təcrübəsiz yunanıstanlı

  • 29 Jun 2018
  • 155184 baxış

Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin "Uypeşt"lə cavab matçını idarə edəcək Anastasius Papapetru gənc hakimdir.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, 33 yaşlı yunanıstanlı 2016-cı ildən FİFA kateqoriyasını daşıyır.

İndiyə qədər beynəlxalq arenada 19 oyun idarə edən Papapetru əsasən aşağı yaş qrupu yığmalarının matçlarında ədaləti qoruyub. Avrokubok təcrübəsi elə də böyük deyil. Cəmi 2 dəfə Avropa Liqası matçında fit çalıb.

Belə ki, 2016-17 mövsümündə I mərhələnin "Hubernians" (Malta) - "Spartak" (Slovakiya), ötən il isə II mərhələnin "Makkabi" (Təl-Əviv, İsrail) - "Reykyavik" (İslandiya) qarşılaşmasının baş hakimi olub.

Hələ ki, əsas yığmaların və Çempionlar Liqasının oyunları üçün UEFA-nın etibar etmədiyi Papapetru bəzi qarşılaşmalarda 4-cü hakim funksiyasını yerinə yetirib. O, ilk dəfə Azərbaycan komandasının oyununa təyinat alır.

Qeyd edək ki, "Uypeşt" - "Neftçi" görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR