DÇ-2018: Ronaldu və Messisiz rəmzi \"11-lik\"
DÇ-2018-in qrup mərhələsinin rəmzi yığması açıqlanıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, nüfuzlu "WhoScored" portalı baş tutan 48 qarşılaşmaya əsasən ən yaxşı "11-liy"i müəyyənləşdirib.
Dünyanın ən yaxşı iki futbolçusu Lionel Messi və Kriştianu Ronaldo yığmadan kənarda qalıb. Bu komandada Braziliya və İngiltərədən daha çox - hərəsindən iki oyunçu yer alıb. Maraqlıdı ki, qrup mərhələsini adlaya bilməyən Cənubi Koreyanın qapıçısı da "11-liy"ə daxil edilib.
Qapıçı: Ço Xen U (Cənubi Koreya);
Müdafiəçilər: Mikael Lustiq (İsveç), Yerri Mina (Kolumbiya), Xose Ximenes (Uruqvay), İvan Striniç (Xorvatiya);
Yarımmüdafiəçilər: Kevin Trippyer (İngiltərə), Aleksandr Qolovin (Rusiya), Koutinyo (Braziliya), Neymar (Braziliya);
Hücumçular: Harri Keyn (İngiltərə), Romelu Lukaku (Belçika).
XalqTV.com