Dünya

Rusiyada kommunal xidmət tarifləri artırılır

  • 29 Jun 2018
  • 154943 baxış

Rusiyada iyulun 1-dən etibarən kommunal xidmət tarifləri orta hesabla 4 faiz artacaq.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, tarif artımı regionlardan asılı olaraq dəyişəcək.

Belə ki, ən çox artım Sankt-Peterburq şəhərində və Yakutiya respublikasında (6 faiz), ən az artım isə Şimali Osetiya respublikasında və Novosibirsk vilayətində (3 faiz) planlaşdırılır.

>

Qeyd olunur ki, tarif artımı elektrik və qaz təchizatına, istilik sistemi, isti və soyuq su təchizatına, kanalizasiya, eləcə də zibil daşımalarına şamil olunacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR