Dünya

128 TB-lıq yeni standart təqdim olunub

  • 30 Jun 2018
  • 155193 baxış

"SD Association" tərəfindən təqdim edilmiş "SD Express" yaddaş kartı standartı "PCIe" və "NVMe" interfeyslərini dəstəkləyəcək və bu, məlumat mübadiləsinin sürətini saniyədə 1 QB-dək artırmağa imkan verəcək. Bundan başqa, assosiasiya 128 TB-dək məlumatı yadda saxlayan "SDUC" standartını təqdim edib.

XalqTV.com ICTnews-a istinadən bildirir ki, "SD" formatı istehlak qurğularında istifadə olunan ən populyar yaddaş kartı formatıdır. Bir qayda olaraq, bu kartlar kameralar, dronlar və başqa qurğular üçün çıxarılıb-taxılan məlumat saxlama anbarı kimi istifadə olunur.

>

"PCIe" interfeysinin dəstəyi nəticəsində yeni yaddaş kartları məlumatları saniyədə 984,6 MB-dək sürətlə ötürə biləcək. Bundan başqa, bu interfeysin tətbiqi kompüterin komponentlərinə mərkəzi prosessorun iştirakı olmadan yaddaşa müraciət etməyə imkan verəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-16417-128-tb-liq-yeni-standart-teqdim-olunub..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11