SAĞLAMLIQ

Anomal istilər zamanı günvurmadan necə qorunmaq olar?

  • 30 Jun 2018
  • 155185 baxış

Yay gələndən bəri 16 nəfər günvurma ilə əlaqədar paytaxtın təcili yardım stansiyalarına müraciət edib.

XalqTv.com  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib. O, son bir neçə gündür davam edən anomal istilərdən qorunmaq barədə bunları deyib: "Anomal istilərin davam etdiyi günlərdə küçəyə çıxarkən baş örtüklərindən istifadə etmək və ya çətir götürmək lazımdır. Kətan və pambıqdan hazırlanan papaq və ləçək istidən daha yaxşı qoruyur. Eyni zamanda, dar sintetik geyimlərdən imtina etmək, bədəndən istiliyin çıxmasına mane olmayan pambıq və kətan parçalardan tikilmiş geyimlərə üstünlük vermək məsləhətdir, çünki bədəndə istilik buxarlanmayanda istivurma və günvurma müşahidə olunur. Bundan başqa, günvurma zamanı dəridə yanıqlar da əmələ gəlir. İmmuniteti zəif olanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, alkoqollu içki qəbul edənlər günvurmaya daha çox məruz qalırlar".

Baş həkimin müavini daha sonra bildirib: "İstilər davam etdiyi müddətdə qida rasionuna xüsusi fikir verilməli, daha çox maye qəbul edilməli, adi su, meyvə şirələri və ağartı məhsulları içilməlidir. Çimərliyə birinci dəfə gedəndə günün altında 15 dəqiqədən artıq qalmaq olmaz. Hər gün həmin müddəti 5 dəqiqə artırmaqla günəş vannaları qəbul edilməsinin müddətini uzatmaq olar. Günəş şüalarının daha çox yandırdığı saat 11-dən 17-dək mümkün qədər havaya çıxmamaq lazımdır".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/12/cached-xeber-16420-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11