idman
Messi düşərgəni təkbaşına tərk etdi
Argentina millisinin hücumçusu Lionel Messi bu gün milli komandasının Moskva ətrafında düşərgəsini təkbaşına tərk edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bu gün düşərgədən ayrılıb. Komandanın bir qrup digər futbolçusunun isə iyulun 2-dən 3-nə keçən gecə birgə çarter reysi ilə Moskvadan Buenos-Ayresə yola düşəcəyi bildirilir. Argentina millisi DÇ-2018-in 1/8 finalında dünən Fransaya 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
XalqTV.com
RƏYLƏR