Dünya

Slovakiya millisinin sabiq futbolçusu intihar etdi

  • 02 Jul 2018
  • 155279 baxış

Slovakiya milli komandasının sabiq futbolçusu Yuray Halenar intihar edib.

XalqTV.com report-a istinadən xəbər verir ki, Bratislava "Slovan"ının hücumçusunun meyiti Vrakun meşə parkından tapılıb.

Onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Faktla əlaqədar araşdırmalara başlanılıb. Halenarın 35 yaşı iyunun 28-də tamamlanıb.

Qeyd edək ki, Yuray Halenar yerli "İnter" (Bratislava), "Petrjalka", "Siqma", "İskra" və "Qaflents", həmçinin Macarıstanın "Spartak" (Nyiredhaza) komandasında forma geyinib.

O, 2002-ci il yeniyetmələr arasında Avropa çempionatının bürünc mükafatçısı olub, 2007-2008-ci illərdə əsas millidə çıxış edib.   

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR