Şeydayev \"Trabzonspor\"a lazım deyil
Qarabağ-la müqaviləsi başa çatan Ramil Şeydayev "Trabzonspor"a qayıtsa da, kluba lazım olmayıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "bordo mavililər"in baş məşqçisi Ünal Karaman Şeydayev də daxil olmaqla, bəzi gənclərlə vidalaşacaqlarını deyib.
"Bizə ehtiyatda oturacaq futbolçu lazım deyil. Kim "Trabzonspor"da oynamağa hazırdısa, onunla yollarımızı davam etdirəcəyik. Trabzonspor" markadır. Mənə daim əsas heyətdə oynamağa hazır futbolçular lazımdır. 18 yaşlı futbolçu menecerini qarşıma çıxarmasın. Bu komandanın formasını haqq edənlər, formasını geyinməyə hazır olanlar bizimlə qalacaq. Gedən futbolçuları pisləmək istəmirəm. Ancaq rəqib heyətimizə baxanda narahatlıq keçirməlidir. "Trabzonspor"u gücləndirəcək 3 yeni transferə ehtiyacımız var".
Şeydayevin Avstriya klubu Mattesburg-a yollanması gözlənilir.
XalqTV.com