Dünya
“Survivor”un finalında evlilik təklifi - FOTO
İyunun 30-da baş tutan "Survivor 2018"in final gecəsində maraqlı hadisə baş verib.
XalqTv.com qafqazinfo-ya istinadla xəbər verir ki, Kiprdə baş tutan gecədə daha əvvəl yarışmaya qatılan, ancaq finala qədər qalmayan Sahra İşık da iştirak edib.
27 yaşlı Sahraya uzun müddətdir eşq yaşadığı İdris Aybiri tərəfindən sürpriz edilib. Həmin vaxt iş adamı sevgilisinə evlilik təklifi edib və onunla nikah bağlamaq istədiyini bildirib.
Təşvişə düşən Sahra qısa müddət sonra İ. Aybirinin təklifinə müsbət cavab verib.
Həmin anlar lentə alınaraq sosial şəbəkədə paylaşılıb.
RƏYLƏR