idman
DÇ-2018: Braziliya yeni rekorda imza atıb
DÇ-2018-in 1/8 final mərhələsinin Braziliya - Meksika oyunu yeni rekordla əlamətdar olub.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmada hesabı açan Neymar "sambaçılar"ın dünya çempionatlarında 227-ci qoluna imza atıb.
Bununla da "pentakampeonlar" Almaniyanın 226 qolluq rekordunu yeniləyib və mundialların ən məhsuldar komandası adına yiyələnib.
2:0 hesabı ilə qalib gələn Braziliyanın ikinci qolunu vuran Firmino isə bu rəqəmi 228-ə çatdırıb.
XalqTV.com
RƏYLƏR