SAĞLAMLIQ

İsti havada ən yaxşı içkilər

  • 02 Jul 2018
  • 36145 baxış

İsti havada insan orqanizmi tərlə çoxlu maye itirir, nəticədə orqanizmdə susuzlaşma inkişaf edir.

Susuzlaşma çox təhlükəli haldır. Onun nəticəsində qan qatılaşır ki, bu da damarlarda trombların əmələ gəlməsi riskini kəskin artırır.

Qan laxtası olan tromb damarın daxilində qan axını ilə hərəkət edə bilər. Daha ensız yerə düşdükdə tromb damarı tam bağlaya bilər. Bu çox təhlükəli vəziyyətdir.

XalqTV.com saglamolun.az-a istinadən bildirir ki, beyində damarın trombla qapanması insultun, ürəkdə infarktın inkişafına səbəb olur. Ağciyər arteriyasının trombla qapanması ani ölümə səbəb olur. Ətraflarda (daha tez-tez aşağı ətraflarda) damarların trombla tutulması qanqrenaya (toxumaların çürüməsi) gətirib çıxarda bilər.

Beləliklə, susuzlaşmanın qarşısını almaq həyati vacib məsələdir.

>

Mayenin itkisini bərpa etmək üçün insan daha çox su içməlidir. Adi su susuzlaşmanın qarşısını alan ən yaxşı vasitədir. Su sərin olmalıdır. İsti havada soyuq su içmək olmaz ki, bu damarların ani sıxılmasına səbəb olur. Belə sıxılma isə ürək tutması və hətta infarkt və insultun inkişafına təkan verə bilər.

Mütəxəssislər isti havada suya bir qədər limon şirəsi və bir az duz əlavə etməyi tövsiyə edir. C vitamini damarın sağlamlığını qoruyur, duz isə orqanizmdə mayeni saxlayaraq susuzlaşmanın qarşısını alır.   

İsti havada mineral sular da yaxşı seçimdir. Onların tərkibində olan mineral duzlar orqanizmin su-duz balansını bərpa edir. Lakin müalicəvi deyil, süfrə suları seçin. Müalicəvi suların tərkibində olan mineral duzların miqdarı daha çoxdur və onları yalnız həkim təyin edə bilər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/12/cached-xeber-16475-isti-havada-en-yaxshi-ickiler..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11