Dünya

Virtual pullar bazarında QİYMƏTLƏR ucuzlaşır

  • 03 Jul 2018
  • 328249 baxış

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son bir neçə gün ərzində enişli-yoxuşlu sərgiləyib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, 6 min dollar ətrafında alınıb satılmaqda davam edən bitkoin həftəyə cüzi ucuzlaşma ilə başlayıb.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 0,87% ucuzlaşaraq 6 322 dollar təşkil edib.

>

Alternativ kriptovalyutalar da ucuzlaşma nümayiş etdirib. Belə ki, "Ethereum" 1,1% və ya 448,36 dollaradək ucuzlaşıb, "Ripple" 0,74% (0,45 dollara qədər), "Bitcoin Cash" 1,49% (727,83 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 2551 milyard dollar təşkil edir və bunun 42,5 faizi bitkoinin payına düşür.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR