Dünya
Ceksonun atası dəfn olundu - FOTO
Dünya pop-musiqisinin mərhum kralı Maykl Ceksonun atası Co Cekson dünən dəfn olunub.
XalqTV.com TMZ-yə istinadən bildirir ki, 89 yaşlı Co Cekson "Jackson 5" qrupunun meneceri idi.
Los-Ancelesin şimalındakı Qlendeyldəki özəl "Forest Lawn" qəbristalnlığında dəfn mərasimində Maykl Ceksonun bacısı Canet Cekson və ailə mənsubları vardı.
>Maykl Cekson da bu qəbristanlıqda dəfn olunub.
Co Cekson iyunun 27-də mədəaltı vəzin xərçəngindən vəfat edib.
XalqTV.com
RƏYLƏR