Dünya

Finlandiyanın xarici ticarət naziri Azərbaycana gəlir

  • 03 Jul 2018
  • 155066 baxış

Finlandiyanın xarici ticarət və inkişaf naziri Anne-Mari Virolaynen iyulun 5-də Azərbaycana səfər edəcək.

XalqTv.com  bildirir ki, Trend bu barədə Finlandiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Səfər zamanı Finlandiya ilə Azərbaycan arasında ticarət və ikitərəfli münasibətlər müzakirə olunacaq.

Finlandiyalı nazirin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcəyi gözlənilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR