Dünya

Koçaryan istintaqa çağırıldı

  • 03 Jul 2018
  • 155115 baxış

Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsinə çağırılıb.

XalqTV.com report-a istinadən xəbər verir ki, həmin gün polis dinc etiraz aksiyası iştirakçılarına atəş açmışdı.

Bildirilib ki, 2008-ci il martın 1-də aksiya iştirakçıları Serj Sarqysanın prezident seçilməsinə etiraz edirdilər. Yerevanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 etirazçı öldürülmüşdü.

>

Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan da 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı ittiham olunur.

Bir müdət əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan və Robert Koçaryan Gümrü şəhərinin "Fəxri sakinləri" adından məhrum ediliblər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-16501-kocaryan-istintaqa-cagirildi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11