idman

DÇ-2018: Bütün 1/4 finalçılar bəlli oldu

  • 04 Jul 2018
  • 152444 baxış

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin cütlükləri məlum olub.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, iyulun 6-sı Nijni Novqorodda Uruqvay və Fransa yığmaları, Kazanda isə Braziliya və Belçika yığmaları qarşılaşacaq. İyulun 7-si Samarada İsveç və İngiltərə arasında, Soçidə isə Rusiya və Xorvatiya arasında oyun keçiriləcək.

İyulun 10-da yarımfinal mərhələsində Uruqvay-Fransa cütlüyünün qalibi Sankt-Peterburqda Braziliya-Belçika cütlüyünün qalibi ilə üz-üzə gələcək. İyulun 11-i Moskvada Rusiya-Xorvatiya cütlüyünün qalibi İsveç-İngiltərə cütlüyünün qalibi ilə qarşılaşacaq.

Dünya Çempionatının finalı Moskvada iyulun 15-i "Lujniki" stadionunda baş tutacaq, 3-cü yer uğrunda oyun isə iyulun 14-ü Sankt-Peterburqda keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-16515-dc-2018--butun-1-4-finalcilar-belli-oldu..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11