Dünya

Tramp Kim Çen Ina Elton Conun diskini hədiyyə etdi

  • 06 Jul 2018
  • 157380 baxış

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Ina Elton Conun "Raket adam" mahnısı olan diskini hədiyyə edib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, o həmçinin koreyalı həmkarına məktub ünvanlayıb.

Qeyd olunur ki, ötən ay Sinqapurda baş tutmuş görüş zamanı tərəflər bu mahnını da müzakirə ediblər. Kim Çen In D.Trampa onu "raket adam" adlandırdığını xatırladıb, əvəzində D.Tramp Kim Çen Indan bu mahnını eşidib-eşitmədiyini soruşub və "yox" cavabını alıb.

>

Nəticədə Donald Tramp dövlət katibi Mayk Pompeo vasitəsilə bu mahnını həmkarına hədiyyə etməyi qərara alıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR