idman
DÇ-2018: Kubok Avropada qaldı
Rusiyada keçirilən dünya çempionatında bu gün 1/4 final mərhələsinin ilk iki matçı oynanılıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki,Belçika və Fransa yarımfinala adlayıbsa, Braziliya ilə Uruqvay mundialla vidalaşıb.
Bununla da Rusiyada yoluna davam edən komandalar arasında yalnız avropalılar qalıb. Sabah baş tutacaq 1/4 final qarşılaşmalarında isə "köhnə dünya"nın digər təmsilçiləri - İsveçlə İngiltərə, Rusiya ilə isə Xorvatiya üz-üzə gələcək.
Beləliklə, ardıcıl 4-cü dəfə Avropa komandası dünya çempionu olacaq. Son üç mundialda müvafiq olaraq İtaliya, İspaniya və Almaniya bunu bacarmışdı.
XalqTV.com
RƏYLƏR