idman

Samsung əyilə bilən batareyalar üzərində çalışır

  • 07 Jul 2018
  • 157340 baxış

Samsung şirkəti öz əyilə bilən smartfonlarını əyilə bilən batareyalar ilə təchiz edəcək. Bu barədə The Next Web saytı xəbər verib. Məlumata əsasən şirkət artıq 3000-6000 mAh-lıq bu cür batareyaların prototiplərini hazırlayır. Məlumatda qeyd olunub ki, Samsung mühəndisləri çoxlu sayda əyilə bilən batareyaların istehsalat yolunu tapıblar. 4 il bundan öncə Samsung-un daxilində olan Samsung SDI şirkəti 210 mAh enerji tutumlu əyilə bilən batareya təqdim etmişdi.

XalqTV.com technote.az-a istinadən bildirir ki, lakin həmin vaxtda olmuş texniki məhdudiyyətlər səbəbilə batareyanın həcmini çoxaltmaq mümkün deyildi. Bu qədər müddətdən sonra isə Samsung SDI şirkəti artıq 3000-6000 mAh enerji tutumlu batareyalar hazırlayır. Çox güman ki, sözügedən batareyalar 2019-cu ildə təqdim olunacaq Galaxy X smartfonlarında təchiz olunacaq. Galaxy X modelinin görünüşcə necə olacağı barəsində hələki heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Samsung şirkəti 2011-ci ildən bəri əyilə bilən smartfon hazırlamağa çalışır.

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-16563-samsung-eyile-bilen-batareyalar-uzerinde-calishir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11