idman
Qarabağ\"ın rəqibi yenə heç-heçə etdi
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Olimpiya" son yoxlama görüşünü keçirib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl "Ferentsvaroş"la qarşılaşan Sloveniya çempionunun budəfəki rəqibi Misir təmsilçisi "Əl-Əhli" olub.
Macarlarla qolsuz bərabərə qalan "Olimpiya" "Əl-Əhli"yə də qalib gələ bilməyib. 1:1 hesabı ilə nəticələnən qarşılaşmada sloveniyalıların qoluna 50-ci dəqiqədə penaltidən Qoran Brkiç imza atıb. Bununla da təlim-məşq toplanışını başa vuran "Olimpiya" artıq "Qarabağ"la matçı gözləyir.
Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda keçiriləcək.
XalqTV.com
RƏYLƏR