idman

\"Qarabağ\"la oyunöncəsi 2 yeni transfer

  • 07 Jul 2018
  • 155165 baxış

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Olimpiya" heyətini gücləndirməkdə davam edir.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Lyublyana təmsilçisi daha 2 oyunçunun keçidini həll edib.

Belə ki, "Vozdovaç"ın müdafiəçisi Marko Qayiç və "Videoton"un yarımmüdafiəçisi Asmir Sulyiç Sloveniya çempionu ilə münasibətləri rəsmiləşdirib. Yarımmüdafiənin mərkəzində və vinger mövqeyində oynamağı bacaran Sulyiç 2 illik müqavilə bağlayıb. Mərkəz müdafiəçisi olan ucaboy Qayiç isə qarşıdakı 3 mövsümü "Olimpiya"da keçirəcək.

Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-16577-qarabagla-oyunoncesi-2-yeni-transfer..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11