idman
Millimiz İrana böyük hesabla uduzdu
Paylaş17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qüvvəsini sınayıb. Rəqib İran yığması olub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Dalğa Arena"da baş tutan qarşılaşma qonaqların asan qələbəsi ilə nəticələnib. İranın 5 qoluna yığmamız cəmi 1 topla cavab verə bilib.
Komandamızın təsəlli qolunu penaltidən Musa Qurbanlı vurub - 1:5. Bu komandalar arasında növbəti oyun iyulun 10-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək.
XalqTV.com
RƏYLƏR