idman

\"Atletiko\"nun futbolçusu \"İnter\"ə keçir

  • 09 Jul 2018
  • 157268 baxış

Milan "İnter"i heyətini gücləndirməkdə davam edir.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki,"Atletiko"nun müdafiəçisi Şime Vrsalko İtaliyaya köçməyə hazırlaşır.

Klublar arasında danışıqlar artıq yekunlaşmaq üzrədi. "İnter" Xorvatiya millisinin üzvünü transfer etmək şərti ilə birillik icarəyə götürməyə yaxındı. Madridlilər də bu keçidə ilkin razılıq veriblər. 26 yaşlı sağ cinah oyunçusu "Napoli" və "Roma"nın da maraq dairəsində olmasına baxmayaraq, "İnter"ə keçidi daha real görünür.

Qeyd edək ki, Şime Vrsalko "Atletiko"ya 2016-cı ildə "Sassuolo"dan keçib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR