idman
DÇ-2018: Xorvatiya millisində təhlükə
Xorvatiya millisi DÇ-2018-in yarımfinal mərhələsinə itki ilə çıxa bilər. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, komandanın qapıçısı Daniel Subaşiç, müdafiəçilər Şime Vrsaliko və Deyan Lovren son məşqi buraxıblar.
Buna səbəb onların zədəli olmasıdı. Sözügedən oyunçuların İngiltərə ilə oyunda meydana çıxıb-çıxmayacağı bəlli deyil.
Qeyd edək ki, Subaşiç və Şime Vrsaliko 1/4 finalda Rusiya ilə matçda zədələniblər.
XalqTV.com
RƏYLƏR