Dünya

Ölkə haqqında "Fahişə oğulları vətəni" deyən qadın həbs olunur

  • 10 Jul 2018
  • 155228 baxış

Misirə turist kimi gedən livanlı qadın ölkə barəsində tənqidi fikirlər səsləndirdiyinə görə 8 il müddətinə həbs cəzası alıb.

XalqTv.com Sputniknews-a istinadla xəbər verir ki, Mona em-Mazboh adlı 24 yaşlı qadın Qahirədə saxlanılıb. Onun tutulmasına səbəb kimi sosial şəbəkə hesabında Misir cəmiyyəti barədə tənqidi fikirlər səsləndirməsidir.

Belə ki, Mona Facebook-da 10 dəqiqəlik video yayaraq Misirdə qadınlara qarşı təcavüz hallarının çox olduğunu, restoranlarda müştərilərə xidmətin zəif olduğunu söyləyib və Misiri "fahişə oğulları ölkəsi", misirli kişiləri qadın alverçisi, qadınları isə "fahişə" adlandırıb.

Qeyd edək ki, əvvəl Mona üçün 11 illik həbs cəzası təyin edilsə də, sonradan 8 ilə endirilib.

XalqTv.com

Videonu izləmək üçün şəklə klikləyin:

Ölkə haqqında

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR