İtaliyada görünməmiş transfer
Kriştianu Ronaldo İtaliya futbolu tarixinə düşüb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu gün "Real"dan "Yuvetus"a keçən portuqaliyalı ulduz Apennin ölkəsində ən bahalı transfer olub.
Öncə qiymətinin 105, sonradan isə 112 milyon avro olduğu açıqlanan portuqaliyalı Qonsalo İquaynın rekordunu qırıb. Argentinalı iki il öncə "Napoli"dən "Yuventus"a 90 milyona keçmişdi.
3-cü yerdə isə 2000-ci ildə "Parma"dan "Latsio"ya keçən Ernan Krespodu. Onun transferi 58,81 milyona gerçəkləşmişdi.
Futbol tarixinə 5-ci baha transfer kimi düşən Ronaldo "Top-10"da iki dəfə adı hallanan ikinci oyunçudu. O, həm də 30 yaşdan yuxarı oyunçular arasında mütləq rekordçudu.
Qeyd edək ki, 33 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Futbol tarixinin 10 ən bahalı transferi
Futbolçu | Ölkə | Haradan | Hara | İl | Məbləğ |
Neymar | Braziliya | Barselona | PSJ | 2017 | 222,00 |
Killian Mbappe | Fransa | Monako | PSJ | 2018 | 180,00 |
Filippe Koutinyo | Braziliya | Liverpul | Barselona | 2018 | 125,00 |
Usman Dembele | Fransa | Borussiya D | Barselona | 2017 | 115,00 |
Kristianu Ronaldo | Portuqaliya | Real | Yuventus | 2018 | 112,00 |
Pol Poqba | Fransa | Yuventus | Mançester Y. | 2016 | 105,00 |
Qaret Beyl | Uels | Tottenhem | Real | 2013 | 101,00 |
Kristianu Ronaldo | Portuqaliya | Mançester Y. | Real | 2009 | 94,00 |
Qonsalo İquayn | Argentina | Napoli | Yuventus | 2016 | 90,00 |
Neymar | Braziliya | Santos | Barselona | 2013 | 88,20 |
Qeyd: məbləğ milyon avro ilə göstərilib.
XalqTV.com