\"Neftçi\" macarlara qarşı
2018-19 mövsümündə Avrokubok mübarizəsinə ən son qoşulacaq Azərbaycan klubu "Neftçi" olacaq.
XalqTV.com apasport.az-a istinadən bildirir ki, "ağ-qaralar" Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində digər təmsilçilərimizdən 1 saat gec meydana çıxacaq.
Bakılılar "Dalğa Arena"da "Uypeşt"lə üz-üzə gələcək. Macarıstan təmsilçisi ilə görüş "Neftçi"də baş məşqçi debütü ilə yadda qalacaq. Belə ki, matç Roberto Bordinin bu postda "siftə"si olacaq.
Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən "Neftçi" səfər öncəsi sərfəli nəticə əldə etməyə çalışacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
12 iyul
21:00. "Neftçi" (Azərbaycan) - "Uypeşt" (Macarıstan)
Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)
Bakı. "Dalğa Arena"
XalqTV.com