Dünya
Fransa çempion oldu, Parisə dava düşdü - VİDEO - FOTO
Rusiyada başa çatmış DÇ-2018-in finalında Fransa yığması Xorvatiya millisini 4:2 hesabla məğulb edərək çempion tituluna yiyələnib.
Xalqtv.com European-a istinadən bildirir ki, bu qələbə Parisin mərkəzindəki Yelisey Çöllərində (Champs-Elysee) matçı böyük monitorlardan izləyən milyonlarla azarkeşin çılğın sevincinə səbəb olub.
Daha sonra azarkeşlərlə polis arasında qarşıdurmalar və toqquşmalar olub. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri çağırılıb, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə olunub.
Toqquşmalarda 5 polis xəsarət alıb. 46 nəfər saxlanılıb.
RƏYLƏR